İranda 2 yaşlı Zəhraya görə böyük kampaniya başladıldı
İranda Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva və mülki şəxslərə qarşı törədilmiş cinayətləri pisləmək məqsədi ilə kampaniya başladılıb.
APA-nın Tehran bürosunun məlumatına görə, hər kəsin yanlız 1 imza vermək haqqının olduğu bu kampaniya "Yolpress” mətbu orqanı tərəfindən "Telegram” proqramında başladılıb.
Kampaniya başladıqdan sonra 72 saat ərzində 20161 nəfər bu kampaniyaya qoşularaq ermənilərin cinayətini pisləyib. "Yolpress" elan edib ki bu addımı siyasi, irq və coğrafiya bölgüləri nəzərə almadan atılıb və gələcəkdə də oxşar cinayətlər törədilərsə, pislənəcək: "Məqsədimiz uşaqların öldürülməsini pisləməkdir. Biz imzaları topladıqdan sonra tezliklə onları ölkənin siyasi və diplomatik rəsmilərinə təqdim edəcəyik".
Redaksiyası Urmiya şəhərində yerləşən "Yolpress” Azərbaycan və fars dilində yayımlanan mətbu orqandır. Əsasən Şərqi və qərbi Azərbaycan əyaləti və bölgə xəbərlərini işıqlandırır.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
BAKU.WS
Oxşar xəbərlər
Zəhraya ŞƏHİD adı verilir
Ermənilərin ötən gün mülki şəxsləri atəşə tutması nəticəsində ölən 2 yaşlı Zəhra Quliyevaya Şəhid adı verilə bilər. Bu barədə millət vəkili Fəzail Mustafa BAK...