Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər

Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər
Siyasət 14

İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüş zamanı energetika və regional infrastrukturun inkişafı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq proqramlarına xüsusi diqqət yetirilib.

Mirzoyan Pezeşkiana TRIPP ("Tramp marşrutu") layihəsinin icrasının gedişatı barədə məlumat verib.

Həmçinin regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər İrəvanda keçiriləcək COP-17 konfransında İranın yüksək səviyyədə iştirakı məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, tərəflər İran-ABŞ gərginliyini də müzakirə ediblər və Pezeşkian Vaşinqtonla danışıqların "mənasız" olduğunu bildirib.

Xatırladaq ki, Mirzoyan İranın xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibafla da görüşlər keçirib.

Son xəbərlər