Naxçıvanın daxili işlər naziri təyin olundu - FOTO
25
avq
2017
20:43
Naxçıvan Muxtar Respublikasının yeni daxili işlər naziri təyin edilib.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Muxtar Respulikanın daxili işlər naziri vəzifəsinə hazırda Naxçıvanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi vəzifəsini tutan general-mayor Fazil Ələkbərov təyin olunub. Qeyd edək ki, Naxçıvan DİN-nin keçmiş rəhbəri Əhməd Əhmədov külli miqdarda narkotik qalmaqalına görə vəzifəsindən azad olunub.Bu posta təyinatla bağlı KİV-də çoxlu sayda materiallar dərc olunub. Bir neçə gün öncə Rafiq Abbasovun bu vəzifəyə təyin olunduğu yazılsa da, sonradan bu məlumatlar təkzib olundu.BAKU.WS
Oxşar xəbərlər
General Əhmədovun yerinə kim gətiriləcək? - Naxçıvan DİN kollegiya iclasına toplandı
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov iyulun 28-də vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası...