Keçən il işdən çıxarılan yol polisinə vəzifə verildi

Keçən il işdən çıxarılan yol polisinə vəzifə verildi
Sosial 2488

Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, polkovnik-leytenant Zaur Cəfərov yeni vəzifəyə təyin edilib.

BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Zaur Cəfərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində Axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunub. O, artıq bir həftədir yeni işinin icrasına başlayıb.

Qeyd edək ki, Zaur Cəfərov ötən il daxili işlər nazirinin əmri ilə Səbail rayon DYP-nin rəisi vəzifəsindən azad edilmişdi. Buna səbəb isə araşdırma zamanı onun ilin yarıdan çoxunu xarici ölkələrdə olması faktının üzə çıxması idi. 

Zaur Cəfərovun atası da daxili işlər orqanlarında yüksək vəzifə tutub. 

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov generalın oğluna yeni vəzifə verdi

Ramil Usubov generalın oğluna yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə...

5681 Siyasət 09:59 03 oktyabr 2016

Son xəbərlər