Ramil Usubov nazirin qardaşı oğlunu rəis təyin etdi

Ramil Usubov nazirin qardaşı oğlunu rəis təyin etdi
Siyasət 13879

 

Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.

"Report”un xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Quliyev Mübariz İlyas oğlu vəzifəsindən azad edilib. O, Cəlilabad RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Cəlilabad RPŞ-nin rəisi Namiq Əlihüseyin oğlu Camalov vəzifəsindən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov generalın oğluna yeni vəzifə verdi

Ramil Usubov generalın oğluna yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə...

5681 Siyasət 09:59 03 oktyabr 2016

Son xəbərlər