Naxçıvanda da MTN ləğv edildi
19
dek
2015
10:25
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması barədə fərman imzalayıb.
BAKU.WS məlumat verir ki, V. Talıbovun sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov olub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan prezidenti Naxçıvana səfər edib (FOTO)
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. BAKU.WS-in məlumatına görə, Naxçıvan Beynəlxalq H...