Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq
Reklam daşıyıcılarının əhatə dairəsi genişlənir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən "Reklam haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu sıraya mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lər, reklam daşıyıcısı olan rəqəmsal platforma - reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri, o cümlədən rəqəmsal platforma təsirçisi - maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs daxil edilir.
Oxşar xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib
Prezident İlham Əliyev "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında" 18 oktyabr 2017-ci il tarixli və "Azərbaycan Avtomobil Yolları Dö...