Milli Məclisə seçkilərdə namizədlərin sayı açıqlandı

Milli Məclisə seçkilərdə namizədlərin sayı açıqlandı
Siyasət 784

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində indiyə qədər qeydə alınan namizədlərin sayı açıqlanıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yekun olaraq 2431 namizəd müraciət edib:

“299 nəfər 19 siyasi partiya, 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1461 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

Onlardan 2358 nəfərin namizədliyi artıq təsdiq olunub, 2247 nəfəri isə artıq imza vərəqələrini alıb, onlardan 1772 nəfəri imza vərəqələrini geri qaytarıb. 1047 nəfərin namizədliyi qeydə alınıb. Bu şəxslərdən 480 nəfəri 28 siyasi partiyanın üzvləridir".

Son xəbərlər