Şimali Koreya həbsdə saxlanılan yapon turisti azad edib
27
avq
2018
22:51
Koreya Xalq Demokratik Respublikası ölkədə həbsdə saxlanılan yapon turisti azad edib.BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Koreya Mərkəzi Xəbər Agentliyi yayıb. Bildirilir ki, humanizm prinsipləri əsas götürülərək azad edilən Yaponiya vətəndaşı Tomoyuki Suqimoto KXDR qanunlarını pozduğuna görə bir müddət əvvəl saxlanılmışdı.KXDR tərəfi yapon turistin qanunsuz əməli və nə vaxtdan saxlanılması barədə məlumat verməyib. Yapon mətbuatı isə həmin şəxsin avqustun ortalarında saxlanılan 39 yaşlı turist olduğunu güman edir. Hələlik Tomoyuki Suqimotonun Şimali Koreyadan hansı yolla xaric ediləcəyi barədə dəqiq məlumat yoxdur.BAKU.WS
Oxşar xəbərlər
Kim Çen Inın kəsdiyi tort yaponları hiddətləndirib (VİDEO)
Şimali və Cənubi Koreya liderləri arasında cümə sammiti böyük ziyafətlə yekunlaşıb.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Euronews” məlumat yayı...