Hökumət seks köləsi olan qocalara 90 min dollar ödəyəcək (VİDEO)

Hökumət seks köləsi olan qocalara 90 min dollar ödəyəcək (VİDEO)
Video
Şou-biznes 2528

 

Yaponiya İkinci Dünya Müharibəsi zamanı yapon əsgərləri tərəfindən seks köləsi olaraq istifadə olunan cənubi koreyalı qadınlara ümumilikdə 9,9 milyon dollar təzminat ödəyəcək. 

BAKU.WS-in məlumatına görə, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi açıqlama verib. Məlumata görə, ödənəcək pulun ötən ay yaradılan vəqfə köçürüləcəyi ifadə edilib. Bu fonddan həyatda olan 46 qadına 90 min dollar, dünyasını dəyişən 199 qadının ailələrinə isə 18 min dollar yardım ediləcəyi bildirilib. 

Tokio və Seul rəhbərlikləri arasında "Yapon əsgərlərin kölə olaraq istifadə etdiyi qadınlar" məsələsi ilə bağlı uzun müddət davam edən görüşlərdən sonra ötən il dekabr ayında razılıq əldə olunub. İki hökumətin imzaladığı razılaşma çərçivəsində Yaponiya Seul səfirliyi qarşısında olan və seks köləsi qadınları təmsil edən heykəlin qaldırılmasını tələb edir.

Yaponiyanın düşmənçiliyi qızışdırdığını iddia etdiyi heykəlin aqibəti ilə bağlı Cənubi Koreya Məclisində bir səsvermə keçiriləcək. 

Nazim Babayev

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər