Hiroşimada G7 ölkələri xarici işlər nazirlərinin görüşü keçirilir

Hiroşimada G7 ölkələri xarici işlər nazirlərinin görüşü keçirilir
Siyasət 914
 

Aprelin 10-da Hiroşimadakı "Grand Prince” mehmanxanasında "Böyük yeddilik” ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb.

Yalnız Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer təyyarəsində yaranan nasazlıq səbəbindən 1945-ci ildə ABŞ tərəfindən atom bombası atılmış bu yapon şəhərinə vaxtında gəlib çata bilməyib. Yaponiya Xarici İşlər Nazirliyi F.V.Ştaynmayerin G7 xarici işlər nazirlərinin bütün rəsmi görüşlərində iştirak etməyəcəyi barədə məlumat yayıb. Eyni zamanda, almaniyalı nazirin yapon həmkarı ilə ikitərəfli görüşü də təxirə salınıb.

Proqrama əsasən, aralarında ABŞ-ın dövlət katibi Con Kerrinin də olduğu görüş iştirakçıları rəsmi müzakirələrdən əlavə, Sülh parkını ziyarət edəcəklər. Nazirlər üçün hazırlanan mədəni proqramda Yaponiyanın gözəl güşələrindən biri hesab olunan Miyacima adasındakı İtsukusuma şintoist məbədinə səfər də nəzərdə tutulur.

Aprelin 11-də isə Yaponiyanın xarici işlər naziri Fumio Kişida yekun mətbuat konfransı keçirəcək. Bundan sonra jurnalistlərlə digər nazirlərin görüşü də gözlənilir.

Nazirlər Hiroşimada terrorizmlə mübarizə, dənizdə təhlükəsizlik və nüvə tərksilahı ilə bağlı məsələləri müzakirə edəcəklər. Bundan əlavə, G7 xarici işlər nazirlərinin Yaxın Şərqdə və Ukraynada vəziyyətlə bağlı fikir mübadiləsi aparacağı da bildirilir. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın verdiyi məlumata əsasən, müzakirələr zamanı regional problemlərə, o cümlədən Şimali Koreya məsələsi və naviqasiyanın hərəkət təhlükəsizliyi ilə bağlı məsələlərə də diqqət yetiriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Elmar Məmmədyarov Rusiyaya gedir

Elmar Məmmədyarov Rusiyaya gedir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskva şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək...

986 Siyasət 20:30 07 aprel 2016

Son xəbərlər