İŞİD-in seks köləsindən şok etiraf: 12 yaşında uşağa təcavüz etdilər

İŞİD-in seks köləsindən şok etiraf: 12 yaşında uşağa təcavüz etdilər
Hadisə 4580

 

İranlı fotoqraf Seivan Salim İŞİD terror təşkilatı tərəfindən seks köləsi olaraq istifadə olunan, ancaq daha sonra təşkilatın əlindən qaçmağı bacaran yezidi qadınları gəlinlik palatarında çəkib.

BAKU.WS-in məlumatına görə, yaşları 15-30 arasında dəyişən yezidi qadınlar başlarına gələn dəhşətləri fotoqrafa danışıb. 18 yaşlı Nazaret 11 ay terrorçuların əlində əsir kimi qalıb: "Təyyarələr şəhərin üzərindən keçdiyində üzərimizə bomba yağdırmaları üçün dua edirdim. İŞİD tərəfindən öldürülməkdənsə belə ölməyi seçərəm. Həqiqətən çox vəhşicəsinə davranırdılar". 

28 yaşlı Rooba isə İŞİD-in əlində 10 ay əsir kimi qalıb: "Bir dəfə biri onunla evlənməyimi istədi. Rədd edəndə otaqda olan bıçaq, silah və ipi göstərərək "səni üçüylə birdən öldürərəm" dedi. Daha sonra da döydü. Dəfələrlə fərqli adamlara satıldım".

Seyhan adlı qadın isə hamilə qaldığını və terrorçuların əlindən qaçdığını bildirib: "Uşaq doğana qədər Türkiyədəydim. Daha sonra Şimali İraqa geri döndüm, amma körpəni yanımda gətirə bilmədim. Uşağımın harada olduğunu hələ də bilmirəm". 

Azhi 11 ay terrorçular tərəfindən seks köləsi kimi istifadə edilib: "Bir müddət Rakkada bir həbsxanada qaldım. Orada həqiqətən heyvan kimi davranırdılar. Hər gecə 6 dəfə təcavüzə uğrayırdım. Qollarımı və ayaqlarımı bağlayırdılar".

Qaliya adlı 21 yaşlı qız isə 4 ay İŞİD-in əlində olduğunu söyləyib: "Bir dəfə qaçmağa çalışdım, tutuldum. Məni qamçıladılar. Sonra da kabellərlə məni vurdular. Biri ayaqlarımdan tavana asdı və məni vurmağa başladı. Mənə cəzamın üç gün davam edəcəyini və bu müddət ərzində heç bir şey yeməyib içməyəcəyimi söylədi. Bir daha qaçsa məni iki avtomobilə bağlayıb ikiyə böləcəyini söylədi. Bununla yanaşı, 12 yaşında bir qız uşağına təcavüz etdilər". 

BAKU.WS

Son xəbərlər