İŞİD-dən yeni "fətva": 10 terrorçu təcavüz etsə müsəlman olacaqsınız
İŞİD terror təşkilatının əlindən qaçan iki yezidi kürd başına gələnləri danışıb.
BAKU.WS-in məlumatına görə, iki gənc qadın başlarına gələn dəhşətli hadisələri CNN kanalına danışıb. Buşra və Nur adlı qızlar İŞİD-in "qul bazarında" seks köləsi olaraq satılmalarından başlayan qorxu dolu günləri yada salıblar. Buşra qul bazarında bir yezidi qızın hamilə olduğunu və bu hamiləliyin İŞİD-in həkimləri tərəfindən vəhşicəsinə sonlandırıldığını deyib.
Gənc qadının sözlərinə görə, İŞİD-çilər qadının qarnından körpəni çıxardıqdan sonra onu ağır qanama vəziyyətində geri gətiriblər. Gənc qız vəhşilikdən sonra şoka düşüb və danışa bilməyib.
İŞİD-dən qaçmağı bacaran digər yezidi qadın Nur isə qul bazarında satıldığını deyir. Nur onu "satın alan" İŞİD-çinin iki gün sonra təcavüz etməyə başladığını söyləyir. Nur İŞİD-çinin bir kağıza qeyd yazdığını deyib: "İŞİD-çi mənə verdiyi kağızda yazılmışdı ki, guya 10 terrorçu təcavüz etsə o zaman bütün tutulan qadın məhbuslar müsəlman olacaq. Bu hadisədən sonra 11 İŞİD-çi mənə təcavüz edib".
Xatırladaq ki, bu günə qədər təxminən 5 min yezidi kürd Sincar bölgəsində İŞİD tərəfindən qətl edilib. 500-dən çox uşaq və qadın isə hələ də terror təşkilatın əlində əsir saxlanılır.
Oxşar xəbərlər
İŞİD 22 yaşlı qızı Whatsapp-da yazdıqlarına görə edam etdi
İŞİD terror təşkilatı bu dəfə 22 yaşlı qızı öldürüb. BAKU.WS-in məlumatına görə, İŞİD-çilər gənc qızı Whatsapp-da yazdığı mesaja görə edam edib. Xəlifəlik haq...