15 yaşlı qız İŞİD-in videolarına baxıb anasını doğradı (VİDEO)

15 yaşlı qız İŞİD-in videolarına baxıb anasını doğradı (VİDEO)
Video
Hadisə 3853

Danimarkada 15 yaşlı qız İŞİD terror təşkilatının videolarına baxıb anasını doğrayıb.

BAKU.WS-in məlumatına görə, Liza Borş adlı qız İŞİD-in başkəsmə videolarına baxdıqdan sonra sarsıntı keçirib. Yeniyetmə qız videoya baxdıqdan bir neçə dəqiqə sonra anasını 20 dəfə bıçaqlayaraq öldürüb.

Polis uşağın kompüterində araşdırma apardıqdan sonra məlum olub ki, Liza səhərdən axşama qədər İŞİD-in videolarına baxırmış. Lizanın qardaşı isə anası və bacısı arasında mübahisələrə görə çox vaxt evə gəlmədiyini bildirib. 

Qızın 29 yaşındakı iraqlı sevgilisi Abdullahla birlikdə İŞİD-ə qatılmaq üçün Suriyaya getməyi planlaşdırdığı iddia edilir. Liza 1 ili islah müəssisədə olmaq üzrə 9 il həbs cəzasına məhkum edilib. Qızın sevgilisi isə 13 il həbsə məhkum edilib.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Seks köləsi olan qadın İŞİD komandirini öldürdü

Seks köləsi olan qadın İŞİD komandirini öldürdü

Mosulda İŞİD terror təşkilatı tərəfindən seks köləsi kimi istifadə edilən iraqlı qadın təşkilatın komandirlərindən birini öldürüb. BAKU.WS-in məlumatına görə,...

3215 Hadisə 16:07 09 sentyabr 2015

Son xəbərlər