İŞİD jurnalist qadının başını kəsərək edam etdi
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Ruqia Hassan adlı jurnalist qadının başını kəsərək edam edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, Hassanın ötən il iyul-dekabr aylarında itkin düşdüyü bildirilirdi. Daha sonra məlum olub ki, jurnalist xanım İŞİD tərəfindən əsir götürülüb.
Hassan "Raqa Is Being Slaughtered Silently” hüquq təşkilatı ilə əməkdaşlıq edib. Ruqia "Nissan İbrahim" ləqəbi ilə yazılar yazıb, sosial şəbəkələrdəki profilləri vasitəsilə İŞİD tərəfindən işğal olunan Rakkadakı vəziyyətlə bağlı mütəmadi məlumatlar paylaşıb. İŞİD bunları Ruqianın etdiyini müəyyən edib. Daha sonra jurnalist qadın təşkilat tərəfindən əsir götürülərək edam edilib.
Qeyd edək ki, Ruqia Hassan bu ilin oktyabr ayından bəri terrorçular tərəfindən edam olunan 5-ci jurnalistdir.
BAKU.WS
Oxşar xəbərlər
İŞİD 35 türkmənin başını kəsdi
Türkmənlərin kəndində İŞİD terrorçuları qətliam törətməkdə davam edir. BAKU.WS-in məlumatına görə, Suriyada Azeze mahalındakı Düden kəndində 35 türkmənin başı...