İŞİD-dən daha bir vəhşilik: əsirləri uşaqlara döydürürlər (VİDEO)
İŞİD terror təşkilatının daha bir vəhşiliyinin görüntüləri yayılıb.
BAKU.WS-in məlumatına görə, terrorçular Əsəd rejiminin ordusunun hərbi əməliyyatları və Rusiyanın Hərbi Hava Qüvvələrinin hücumları nəticəsində kəndləri tərk edir. İŞİD-çilər tərk etdikləri yerlərdə əsir götürdükləri yerli əhalini edam ediblər. Terrorçular törətdikləri cinayətləri kameralar çəkərək özlərindən sonra qanlı iz qoyurlar.
Görüntülərdən aydın olur ki, terrorçular Suriyanın bir kəndində onlarla kişini əsarətdə saxlayıb. İnsanlar ölüm cəzası ilə hədələnir. Saxlanılan şəxslər dəyənək və çubuqla döyülür və onlarla əzab verilir. İŞİD-çilər uşaqlarına əsirləri ələ salmağı öyrədirlər.
Son çəkilişdən bir neçə saat sonra İŞİD 35 kişinin başını kəsərək edam edib.
BAKU.WS
Oxşar xəbərlər
İŞİD-in misli görünməmiş vəhşiliyi (VİDEO+18)
İŞİD terror təşkilatı daha bir dəhşətli edam üsulunə əl atıb. BAKU.WS-in məlumatına görə, terroçular Liviyanın Dərnə kəndində casusluqda günahlandırılan 43 ya...