Şimali Koreya ABŞ-ı "alov dənizinə" çevirməklə hədələdi
01
okt
2017
13:49
KXDR-in Asiya-Sakit okeanı Regionunda Sülh üzrə Komitəsinin nümayəndəsi bəyanatla çıxış edərək, ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasəti tənqid edib.Belə məzmunlu bəyanat Koreyanın Mərkəzi Teleqraf Agentliyinin saytında dərc edilib.Qeyd olunur ki, KXDR rəsmisi Amerikanı "alov dənizinə" çevirməklə hədələyib. Bəyanatda Trampın siyasəti nüvə qəzasına təhlükəli çağırış aktı adlandırlıb. Hansı ki, Amerikanı "alov dənizinə çevirəcək".Bəyanatda həmçinin deyilir ki, Koreya Xalq Demokratik Respublikasını növbəti dəfə "dəli qoca" adlandıran Trampın düşüncəsiz siyasəti yalnız KXDR ordusunun və xalqının iradəsinin güclənməsinə gətirib çıxaracaq. (virtualaz.org)BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev Şimali Koreya liderinə məktub göndərib
Prezident İlham Əliyev Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Ki...