Qalmaqallı liderin xakerləri düşmən ölkənin məmurlarının smartfonlarını "sındırdı"

Qalmaqallı liderin xakerləri düşmən ölkənin məmurlarının smartfonlarını sındırdı
Hadisə 1822

 

Koreya Xalq Demokratik Respublikasının xaker qrupu Cənubi Koreya məmurlarının smartfonlarına girib.

BAKU.WS-in məlumatına görə, bu barədə Cənubi Koreya milli kəşfiyyat xidmətinin yaydığı bəyanatda deyilir. Məlumata görə, məmurların smartfonlarına girən xakerlər mətn və səs mesajlarını götürüblər. 

Cənubi Koreya təhlükəsizlik orqanları hansı rəsmi şəxslərin kiberhücum nəticəsində zərər çəkdiyini açıqlamayıb. Hazırda bu informasiya məxfi şəkildə saxlanılır. kiberhücumun fevralın sonu - martın əvvəlində baş verdiyi güman edilir. 

Son illərdə Seul bir neçə dəfə kibercinayətlərdə Pxenyanı ittiham edib. Ancaq Koreya Xalq Demokratik Respublikası bu iddiaları inadla inkar edirdi.

BAKU.WS

Son xəbərlər