Dünyanın ən qapalı ölkəsi haqda bilmədiyiniz faktlar (FOTO)

Dünyanın ən qapalı ölkəsi haqda bilmədiyiniz faktlar (FOTO)
Şou-biznes 1528

 

Hər şeyin qadağan olduğu Şimali Koreyadan bu dəfə çox fərqli şəkillər yayımlanıb. Saç düzümlərini belə dövlətin müəyyənləşdirdiyi modellerdən fərqli etmək, xarici film izləmək, cins geyinmək qadağandır.

BAKU.WS məlumat verir ki, Daniel Tudor Şimali Koreya haqqında kitab yazıb. Həmin kitabda heç yerdə görmədiyimiz şəkillər və bir sıra məlumatlar yer alıb. 

Məlumatda qeyd olunur ki, dövlət xarici filmləri qadağan etsə də ölkə əhalisi buna da çarə tapıblar. Onlar evlərində, ailələri birlikdə müxtəlif xarici filmləri izləyə bilirlər. Ən çox izlədikləri filmlər arasında Cənubi Koreya, ABŞ və Yaponiya filmləri əsas yer tutur. Lakin, bunu edərkən çox ehtiyyatla davranırlar. Əks təqdirdə edama məhkum olunacaqlar.

İzlədikləri filmlər sayəsində artıq əhali əvvəlki kimi dövlətin Cənubi Koreya ilə bağlı yaydığı yalanlara inanmır. Çünki, əvvəllər yerli filmlərdə Şimali Koreya gülcü, varlı, Cənubi Koreya isə əksinə gücsüsz, yoxsul dövlətlər kimi təqdim edilirdi.

Bir sözlə dövlət nə qədər çalışsa da xalq yenə ölkə xaricindən informasiya almağın yollarını tapır. Müəllifin sözlərinə görə, gələcəkdə bunun qarşısını ümumiyyətlə ala bilməyəcəklər.

Bundan əlavə, müəllif qeyd edib ki, qadağalar və cəzalara baxmayaraq ölkədə həyat tərzi heç də aşağı səviyyədə deyil

BAKU.WS sözügedən şəkillər təqdim edir.

Oxşar xəbərlər

Son xəbərlər