Ermənistandan Cənubi Azərbaycana kapital axını
"Bu il ərzində Cənubi Azərbaycanda investisiya qoyuluşunun həcmi bir milyard 749 milyon dollara çatıb".
BAKU.WS-in məlumatına görə, bunu İranın Cənubi Azərbaycan üzrə iqtisadiyyat və maliyyə işləri üzrə müdiri Rza Hüseyni deyib. Onun sözlərinə görə, Cənubi Azərbaycanda 67 xarici investisiya layihəsi təsdiq edilib:
"Bunlardan 51-i artıq həyata keçirilir, 13 layihənin isə üzərində işlənilir. Yerdə qalan 3 layihə hələlik aktiv deyil. Türk sərmayəçiləri 39 layihə ilə, Azərbaycan 12, Almaniya 4, Çin 3, ABŞ 2, Əfqanıstan, Ermənistan, Tatarıstan, İspaniya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapur 1 layihə ilə xarici investisiyalarda aktivdir".
Qeyd edək ki, Cənubi Azərbaycan şimal-qərbi İranda, tarixi Azərbaycanın Araz çayından cənubda qalan qismində yerləşir. Cənubi Azərbaycan əhalisinin
ana dilinə əsasən etnik tərkibinə görə, 97,80%-ni azərbaycanlılar təşkil edir.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı iş adamı qaçdı, 38 mərtəbəli bina yarımçıq qaldı
Rusiyanın Saratov şəhərində inşa edilən 38 mərtəbəli yaşayış binasının tikintisi azərbaycanlı bankirə görə yarımçıq qalıb. BAKU.WS-in Virtualaz.org saytına ist...