Nazir: "Birləşmiş Krallıq Azərbaycana 39 milyard dollarından çox investisiya yatırıb"
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 39 milyard ABŞ dollarından çox investisiya ilə Azərbaycanın ən böyük xarici investoru və əsas iqtisadi tərəfdaşlarından biridir.
BAKU.WS xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarla görüşüb.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf gündəliyindəki məsələləri, o cümlədən enerji, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edilib.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramov Arye Laytstounla Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib. BAKU.WS xəbər verir...