Səməd Bəşirli: "Yüksəktutumlu rəqəmsal əlaqə Azərbaycana AI investisiyaları gətirə bilər"

Səməd Bəşirli: Yüksəktutumlu rəqəmsal əlaqə Azərbaycana AI investisiyaları gətirə bilər
Siyasət 26

Yüksəktutumlu rəqəmsal əlaqələr Azərbaycana data mərkəzləri və AI investisiyaları gətirə bilər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.

Onun sözlərinə görə, işlənmə mərhələsində olan Transxəzər Fiber-Optik kabel xətti Xəzər dənizi vasitəsilə yüksək tutumlu məlumatların ötürülməsi üçün əlavə marşrut yaradaraq Avropadan Asiyaya rəqəmsal bağlantını gücləndirəcək, regional kommunikasiya şəbəkələrinin davamlılığını artıracaq və Azərbaycanın rəqəmsal tranzit qovşağı kimi rolunu möhkəmləndirəcək:

"Yüksək tutumlu rəqəmsal əlaqələrin etibarlı enerji təminatı və artan bərpa olunan enerji potensialı ilə birləşməsi məlumat mərkəzlərinə (data centers), yüksək məhsuldarlıqlı hesablamalara (HPC) və süni intellekt infrastrukturuna investisiyaları cəlb edə bilər. Biz bu imkanları genişləndirmək üçün "Oracle", "Dell Technologies" və BP daxil olmaqla beynəlxalq tərəfdaşlarla işləyirik".

Son xəbərlər