Qalmaqallı diktator baş qərargah rəisini edam etdirdi (FOTO)
Şimali Koreya prezidenti Kim Çen In daha bir qalmaqallı addım atıb.
BAKU.WS-in məlumatına görə, dövlət başçısı Şimali Koreya baş qərargah rəisi Ri Younq-gil "vəzifəsindən sui-istifadə" iddiasıyla edam etdirib.
General Ri Younq-gil 2013-ci ilin avqustundan bu yana Kim Çen In rejiminin baş qərargah rəisi vəzifəsində çalışıb. İngiltərənin "İndependent" nəşri yazır ki, Ri Younq-gil "şəxsi mənfəət arxasında qaçmaqla" günahlandırıldığı üçün edam edilib.
Şimali Koreyadan gələn xəbərlərin təsdiqlənməsi qeyri-mümkündür. Lakin generalın 2014-cü ilin əvvəlindən "diktator"un gözündən düşdüyü mətbuatda dərc olunub.
BAKU.WS
Oxşar xəbərlər
Şimali Koreyadan dünyanı ayağa qaldıran addım (VİDEO)
Koreya Xalq Demokratik Respublikası (KXDR) Milli Kosmik İdarəsi "Kvanmönson-4” süni peykinin buraxılışının uğurla həyata keçdiyini açıqlayıb. BAKU.WS-in məluma...