Həmsədrlər cəbhə xəttindəki vəziyyətdən narahat olublar - BƏYANAT

Həmsədrlər cəbhə xəttindəki vəziyyətdən narahat olublar - BƏYANAT
Siyasət 505
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar. BAKU.WS-in məlumatına görə, həmsədrlər qeyd edibklər ki, səfərin əsas məqsədi tərəflər arasındakı təmas xəttində və dövlət sərhədindəki mövcud vəziyyətin qiymətlətləndirilməsi, habelə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında martın 29-da, xarici işlər nazirləri səviyyəsində isə aprelin 15-də aparılan müzakirələri davam etdirilməsindən ibarətdir. Həmçinin bəyanatda bildirlir ki, həmsədrlər münaqişənin həlli əsnasında sonrakı addımlarla, o cümlədən humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı təkliflərini açıqlayıb, Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin yaxın vaxtlarda onların iştirakı ilə görüşmək təklifini qəbul ediblər. O cümlədən, sənəddə təmas xəttində insan tələfatından dərin narahatlıq ifadə olunub, tərəflər gərginliyin daha da artmaması naminə maksimum təmkinli olmağa çağırılıb.Qeyd edək ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər. Onlar mayın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, eyni zamanda müdafiə naziri David Tonoyanla görüşüblər. Mayın 29-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində də olub, separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Mayın 30-da isə Bakıya gəliblər.

Oxşar xəbərlər

Həmsədrlər Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı bəyanat yayıb

Həmsədrlər Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı bəyanat yayıb

ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə...

1301 Siyasət 15:53 09 mart 2019

Son xəbərlər