Həmsədrlərin regiona səfəri başlayıb

Həmsədrlərin regiona səfəri başlayıb
Siyasət 1135
 

ATƏT-nın Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Ermənistana səfər edib.

APA-nın məlumatına görə, həmsədrlər Ermənistanın müdafiə naziri Vigen Sarqsyanla görüşüblər.

Görüşdə münaqişə zonasındakı vəziyyət müzakirə olunub. Həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla da görüşəcəklər.

Onların işğal altında olan Azərbaycan ərazilərə səfər edərək, Xankəndidə görüşlər keçirməsi də nəzərdə tutulur.

İyunun 19-da isə vasitəçilər Bakıya səfər edəcəklər.

Səfərin yekununda həmsədrlər adından bəyanat yayılacaq.

BAKU.WS

Oxşar xəbərlər

Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıblar

Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərləri ilə bağlı birgə bəyanat imzalayıblar. Bəyanatda bildirilir ki, səfərin əsas məqsədi təmas xəttində və...

895 Siyasət 20:41 29 mart 2017

Son xəbərlər