Həmsədrlər Qarabağda atəş altına düşdülər

Həmsədrlər Qarabağda atəş altına düşdülər
Hadisə 968

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Azərbaycan Respublikasının Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlcədən əldə olunmuş razılığa əsasən, monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.

Sonra həmsədrlər yerli komandanlıq və icra hakimiyyəti nümayəndələri ilə görüşərək səhra şəraitində brifinq keçiriblər. 

Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb. 

Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.

BAKU.WS

Oxşar xəbərlər

Həmsədrlər Bakıya Qarabağdan gələcək

Həmsədrlər Bakıya Qarabağdan gələcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin...

939 Hadisə 17:20 26 oktyabr 2015

Son xəbərlər