Ermənilərlə üz-üzə dayanan sakinlərimiz avropalıları fakt qarşısında qoydu

Ermənilərlə üz-üzə dayanan sakinlərimiz avropalıları fakt qarşısında qoydu
Hadisə 1061

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. BAKU.WS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, monitorinqi keçirən qruplar qatı duman səbəbindən vizual əlaqə yarada bilməyib və yalnız radiorabitə əlaqəsindən sonra monitorinq baş tutmuş hesab olunub. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə məruz qalan Kəmərli kəndindəki ziyan dəymiş evlərə baxış keçirib və yerli sakinlərlə görüşüblər. Beynəlxalq təşkilatın nümayəndələri sentyabrın 23-də gecə saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində yaralanmış Esmira Dursunova ilə görüşüb və onun səhhəti ilə də maraqlanıblar. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Həmsədrlər Sarkisyanla Qarabağdan danışdı (FOTO)

Həmsədrlər Sarkisyanla Qarabağdan danışdı (FOTO)

Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləriylə görüşüb. BAKU.WS-in məlumatına görə, Sarkisyan həmsədrlər İqor...

1060 Siyasət 10:40 30 sentyabr 2015

Son xəbərlər