Həmsədrlər Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı bəyanat yayıb

Həmsədrlər Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı bəyanat yayıb
Siyasət 1301
ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair bəyanat yayıb.ATƏT-dən BAKU.WS-ə daxil olan bəyanatda deyilir: “ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayıblar. Həmsədrlər liderlərin vacib görüşü üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparır. Bu, iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş olacaq”.Həmsədrlər, həmçinin, son aylar cəbhə xəttində qurbanların olmamasını müsbət qiymətləndirdiklərini vurğulayaraq, regionda əhalinin sülhə hazırlanması yolunda atılan ilkin addımları alqışlayır və tərəfləri səyləri gücləndirməyə çağırırlar.Həmsədrlər gərginliyin və təxribatçı nitqlərinin azaldılmasının önəmini də təkrarən vurğulayıblar.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər