ATƏT Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü barədə bəyanat yayıb
19
yan
2018
00:58
ATƏT yanvarın 18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirilmiş görüş barədə bəyanat yayıb.Bəyanatda bildirilir:"Nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əvvəlki sammitlərdə əldə edilmiş razılaşmaların icrasının dəstəklənməsi üçün növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsini tez başa çatdırılması üçün həmsədrlərin yenidən nəzərdən keçirdiyi müvafiq konseptual sənədi ilə razılaşıblar. Görüşlər zamanı tərəflər və həmsədrlər cədvəl üzrə hazırlanan iş təkliflərindəki əsas həssas məsələlər barədə fikir mübadiləsi apardılar. Həmsədrlər həmçinin, danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd ediblər. Həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıblar.Həmsədrlər nazirlərə münaqişənin təsirinə məruz qalmış ərazilərdə 2010-cu il sahə qiymətləndirmə missiyasının inkişaf etdirilməsinin mümkünlüyünü bir daha müzakirə etməkdə maraqlı olduqlarını bildiriblər. Həmsədrlər fevral ayının əvvəlində bölgəyə səfər etməyi planlaşdırırlar”.Qeyd edək ki, bu gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib. Daha əvvəl E.Məmmədyarov həmsədrlərlə görüş köçürüb.BAKU.WS
Oxşar xəbərlər
Qarabağ münaqişənin həllinə dair həmsədrlərdən yeni təklif
Krakov görüşündə həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.BAKU.WS-in məlumatına görə, bunu Krakov görüşünün...