Elmar Məmmədyarov Polşada Ermənistanın xarici işlər naziri ilə görüşüb
18
yan
2018
20:02
Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başa çatıb.BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü başlayıb.BAKU.WS-in məlumatına görə, bu...