Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb
06
dek
2017
21:27
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü başlayıb.BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunur. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edir.Qeyd edək ki, hər iki nazir ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 7-8-də keçiriləcək iclası çərçivəsində Vyanada səfərdədir.BAKU.WS
Oxşar xəbərlər
Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb.BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmət...