Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı
Sumqayıt şəhərində mənzil bazarında son iki ayda nəzərəçarpacaq dəyişiklik baş verib.
Belə ki, iki ay əvvəl 55-58 min manata təklif edilən mənzillərin qiyməti 60-65 min manatadək yüksəlib.
Bu tip qiymət artımının, əsasən, köhnə tikililərdə müşahidə olunduğu bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, mənzil bazarında qiymətlərin formalaşmasına tələb və təklif, eləcə də bazardakı iqtisadi vəziyyət kimi amillər təsir göstərir.
Həmçinin vurğulanır ki, köhnə tikililərin infrastruktur baxımından məktəb və bağçalara daha yaxın yerləşməsi onların qiymətinə təsir edən amillərdəndir.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:
Oxşar xəbərlər
BDYPİ-dən sürücülərə xəbərdarlıq: Sabah bəzi bölgələrdə leysan və dolu olacaq
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib BAKU.WS-in məlumatına görə, müraciətdə deyilir: "Sentyabrı...