Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi

Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi
Dünya 26

Ukraynanın Moskva və Moskva vilayətinə intensiv dron hücumu Rusiya paytaxtının hava nəqliyyatında ciddi problemlərə səbəb olub.

BAKU.WS xəbər verir ki, şəhərin əsas aeroportlarında 400-dən çox uçuş təxirə salınıb, bir sıra reyslər isə ləğv edilib.

Ən çox gecikmə Şeremetyevo aeroportunda qeydə alınıb – 247 uçuşun vaxtı dəyişdirilib. Vnukovoda 129, Domodedovoda 27, Jukovskidə isə 7 reys gecikib.

Hücumlar zamanı Moskva vilayətində yaşayış binalarına dron düşməsi nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Həmçinin regionda sənaye obyektlərinin də hədəf alındığı bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər