Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb
ABŞ-nin "Abraham Lincoln" təyyarədaşıyan gəmisi Yaxın Şərqdəki uzunmüddətli dislokasiyadan sonra şənbə günü Quam adasındakı bazaya çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Yeddinci Donanmasının mətbuat xidməti məlumat yayıb.
"Quam hərbi dəniz bazasında dayanmaq üçüncü təyyarədaşıyan zərbə qrupunun heyəti üçün doqquz ay ərzində Amerika torpağına ilk qayıdış olub", - açıqlamada bildirilib.
Öz növbəsində, ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun "USNI News" portalı qeyd edib ki, təyyarədaşıyan gəminin dislokasiyası 300 gündən çox davam edib. İndi gəmi ABŞ-nin qərb sahilinə qayıdışını başa vurur.
Qeyd edək ki, Quam Sakit okeanın qərbində yerləşən və ABŞ-nin tərkibində olan adadır.
Oxşar xəbərlər
Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi
ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini...