Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib

Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib
Dünya 17

Türkiyənin xarici işlər naziri Hakan Fidan husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda Məkkə sazişi çərçivəsində rəsmi Ər-Riyada yardımı istisna etməyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, H. Fidan bu barədə "NTV"nin canlı yayımında jurnalistin müvafiq sualına cavab olaraq bildirib.

"Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə, suverneliyinə və infrastrukturuna qarşı çox ciddi hücumların olduğunu görürük. Anlşamamıza (Məkkə sazişini nəzərdə tutur - red.) baxdığımız zaman ölkələrin bir-birinə qarşı müttəfiqlik məsuliyyəti var. Prezidentimiz də sözünün ağası olan liderdir. Bu məslədə həmrəylik nümayiş etdiririk", - H. Fİdan deyib.

XİN başçısı bildirib ki, Məkkə sazişi ölkələri ilə təmaslar davam etdirilir:

"İctimaiyyətə açıqlanmayan təmaslarımız var. Texniki baxımdan hərbi ehtiyacları ola bilər, bunu da qarşılamaqla bağlı problemimiz olmaz".

Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək. Husilərin Səudiyyə Ərəbistanına hücumları isə Türkiyə və Pakistanın Ər-Riyada yardım edib-etməyəcəyini gündəmə gətirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər