Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadanın Kvebek əyalətində "Western de St-Tite" festivalında avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Morisi regionunun Sen-Tit şəhərindəki Sen-Cozef bulvarında baş verib.
Əyalət polisi dəqiqləşdirib ki, xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb, bulvar isə nəqliyyatın hərəkəti üçün bağlanıb.
Qeyd olunub ki, avtomobilin sürücüsü hadisə yerindən qaçmağa cəhd edərkən saxlanılıb.
"Western de St-Tite" festivalı hər il sentyabr ayında Sen-Titdə 10 gün ərzində keçirilir.
Oxşar xəbərlər
ABŞ İrana nüvə zərbəsi endirəcək?
"Son vaxtlar ABŞ-İran qarşıdurmasında bir-biri ilə əlaqəli üç proses müşahidə olunur. bunlardan birincisi, ABŞ-də aralıq seçkidən sonra İrana qarşı əvvəlkilərdə...