Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi
ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
"2026-cı il sentyabrın 19-da, təxminən səhər saat 07:50-də (Bakı vaxtı ilə 15:50 - red.), NORAD-ın "F-16" qırıcıları Merilend ştatının Termont şəhəri üzərində şəxsi aviasiya təyyarəsini ələ keçirib. Ələkeçirmə zamanı NORAD qırıcıları pilotun diqqətini cəlb etmək üçün istilik tələlərindən istifadə edib", - deyə komandanlıq bildirib.
İstilik tələlərinin buraxılması yerli sakinlərin diqqətini çəkib.
Qeyd edək ki, Tramp sentyabrın 18-də axşam Kemp-Devidə gəlib və bütün həftəsonu orada qalmağı planlaşdırır.
Oxşar xəbərlər
Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb
ABŞ-nin "Abraham Lincoln" təyyarədaşıyan gəmisi Yaxın Şərqdəki uzunmüddətli dislokasiyadan sonra şənbə günü Quam adasındakı bazaya çatıb. BAKU.WS "Report"a isti...