Bilgəhdə 2 nəfər dənizdə batıb
19
sen
2026
18:20
Bilgəhdə 2 nəfər dənizdə batıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyi (FHN)
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
Oxşar xəbərlər
Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi?
Tarixi vərəqləyəndə şahid oluruq ki, Azərbaycan uzun illər işğala, məhrumiyyətlərə məruz qalıb. Elə çox da uzaq keçmiş olmayan 1990-cı illərin əvvəllərindən ölk...