Dünyanın ən varlı insanları itirilmiş pullarını geri qaytardılar
Dünyanın ən zəngin 500 adamı sırasında yer alan milyarderlər 2022-ci illərdə məruz qaldıqları 1,4 trilyon dollarlıq itkini 2023-cü ildə geri qaytarmağı bacarıblar.
BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Ümumilikdə, planetin 500 ən varlı milyarderinin kapitalı 1,5 trilyon dollar artıb.
Beləliklə, onlar nəinki ötən ilki itkiləri kompensasiya edə, həm də əlavə 100 milyard dollar qazana biliblər.
Nəşrin məlumatına görə, sərvətlərin bərpasına ən böyük töhfəni texnologiya şirkətlərinin sahibləri edib.
Onların kapitalı 658 milyard dollar və ya 48% artıb.
Mütəxəssislər bu artımı süni intellekt texnologiyaları ətrafında yaranan inkişafla əlaqələndirirlər.
"Bloomberg" indeksinə görə dünyanın ən zəngin üç adamı "Tesla"nın qurucusu İlon Mask, "LVMH"nin baş direktoru Bernard Arnault və "Amazon"un qurucusu Ceff Bezosdur.
Oxşar xəbərlər
Mask ən varlılıların siyahısına yenidən başçılıq edir
Amerikalı sahibkar və iş adamı İlon Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb və dünyanın ən varlı adamı olub. Bu barədə "Bloomberg" məlumat yayıb. Agentliy...