Mask ən varlılıların siyahısına yenidən başçılıq edir

Mask ən varlılıların siyahısına yenidən başçılıq edir
Siyasət 1

Amerikalı sahibkar və iş adamı İlon Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb və dünyanın ən varlı adamı olub.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, Mask yenidən dünyanın ən varlı adamları siyahısına başçılıq edib. Qeyd edilir ki, buna onun şirkətləri "SpaceX" və "Tesla"-nın uğurları kömək edib.

Eyni zamanda, 2023-cü ildə 500 ən varlı sahibkarın məcmu kapitalı 1,5 trilyon dollar artıb. Beləliklə, Amerikanın “Amazon” şirkətinin rəhbəri Ceff Bezos sərvətini 70 milyard dollardan çox, “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq isə 80 milyard dollar artırıb.

Bundan əvvəl "X" sosial şəbəkəsinin yeni sahibi İlon Mask şirkətin işçilərini əmək müqaviləsi üzrə vəd edilən bonuslardan məhrum etmişdi. Eyni zamanda şirkətin dəyəri 19 milyard dollara çatıb.

Oxşar xəbərlər

Son xəbərlər