2023-cü ildə sərvətlərini artıran varlılar

2023-cü ildə sərvətlərini artıran varlılar
Siyasət 1

2023-cü ildə sərvətlərini artıran zəngin iş adamlarının siyahısı açıqlanıb. İlon Mask 2023-cü ildə sərvətlərini ən çox artıran zəngin insanlar siyahısında birinci yerdə.

BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg"in məlumatıda deyilir.

İkinci yerdə "Meta"nın sahibi Mark Zukerberq qərarlaşıb.

2023-cü ildə sərvətlərini artıran zənginlərin siyahısı belədir:

Elon Musk: +95,4 milyard dollar

Dünyanın ən zəngin insanı olmaq yarışında "Louis Vuitton Moet Hennessy"nin (LVMH) rəhbəri Bernard Arnaultu geridə qoyan Tesla və SpaceX-in baş direktoru İlon Mask 232 milyard dollarlıq sərvətlə 2023-cü ili lider kimi başa vurur. Tesla səhmlərindəki artımın da payı ilə sərvətini 95 milyard dollar artıran Mask 2023-cü ildə sərvətini ən çox artıran milyarder kimi də diqqət çəkir.

Mark Zukerberq: +84,08 milyard dollar

Facebook və Instagram kimi sosial media platformalarını özündə birləşdirən "Meta"nın sahibi Mark Zukerberq 2023-cü ildə sərvətini ən çox artıran ikinci şəxs olub. İl ərzində Musk ilə "qəfəs döyüşü" edəcəyi xəbəri ilə də gündəmdə olan Zukerberq hazırda dünyanın 6-cı ən zəngin milyarderidir. Zukerberqin ümumi sərvəti 129 milyard civarındadır.

Ceff Bezos: +71,3 milyard dollar

"Amazon"un qurucusu və bir müddət dünyanın ən varlı adamı titulunu saxlayan Ceff Bezos hazırda 178 milyard dollar sərvəti ilə dünyanın üçüncü ən zəngin milyarderidir. 2023-cü ildə sərvətini 71 milyard dollar artıran Bezos sərvətinin böyük hissəsini bağışlamağı planlaşdırır.

Stiv Balmer: +44,7 milyard dollar

"Microsoft"un səhmdarlarından biri olan Stiv Balmer sərvətini 44 milyard dollar artıraraq 130,5 milyard dollara çatdırıb. Balmer "Bloomberg Milyarderlər İndeksi"ndə 5-ci yerdədir.

Larri Peyc: +43,9 milyard dollar

Süni intellekt sahəsində gərginləşən rəqabət 2023-cü ildə Larri Peyc ilə birlikdə "Google"un qurucularından biri olan Sergey Brini şirkətə qaytardı. Peyc 2023-cü ildə sərvətini 44 milyard dollar artırıb. O, 126 milyard dollarlıq sərvətlə dünyanın 7-ci ən varlı adamıdır.

Sergey Brin: +41 milyard dollar

"Google"un qurucularından olan Sergey Brin sərvətini 41 milyard dollar artırıb. 120 milyard dollarlıq sərvətlə Brin dünyanın 9-cu ən varlı adamıdır.

Amansio Orteqa: +33 milyard dollar

Zara və Oysho kimi markaların daxil olduğu İspaniyada yerləşən hazır geyim nəhəngi "Inditex"in qurucusu və baş direktoru Amansio Orteqa bu il sərvətini 33 milyard dollar artırıb. Orteqanın ümumi sərvəti 87 milyard dollar civarındadır.

Lari Ellison: +32 milyard dollar

"Oracle" proqram təminatı şirkətinin qurucusu Lari Ellisonun sərvəti, süni intellekt sahəsindəki inkişafın şirkətin səhmlərinə müsbət təsiri ilə 32 milyard dollar artaraq 123 milyard dollara çatıb. Ellison dünyanın ən varlı adamları siyahısında 8-ci yerdədir.

Bill Qeyts: +31 milyard dollar

"Microsoft"un həmtəsisçisi Bill Qeyts 2023-cü ildə sərvətini 31 milyard dollar artıraraq 140 milyard dollara çatdırıb. Qeyts hazırda dünyanın 4-cü ən varlı adamıdır.

Censen Huanq: +30,2 milyard dollar

2023-cü ildə ən çox danışılan mövzulardan biri süni intellekt olub. Süni intellekt mitinqindən bəhrələnənlərdən biri də çip istehsalçısı NVIDIA-nın baş direktoru Censen Huanqdır. NVIDIA səhmlərinin artması ilə sərvətinə 30 milyard dollar əlavə edən Huanqın ümumi sərvəti 44 milyard dollardır.

Son xəbərlər