Deputatlığa namizədlərin sayı 557 nəfərə çatıb
07
yan
2020
17:16
Azərbaycanda 2020-ci il fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2330 nəfər müraciət edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
M.Pənahov bildirib ki, müraciət edən şəxslərdən 2075 nəfər imza vərəqələrini götürüb:
“874 nəfər imza vərəqələrini qaytarıb, 557 nəfərin isə deputatlığa namizədliyi isə qeydə alınıb”.
Oxşar xəbərlər
Məzahir Pənahov deputatlığa namizədlərdən danışdı
"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2296 namizəd müraciət edib". BAKU.WS “Report”a is...