Britaniyalı jurnalist Dağlıq Qarabağda gördüklərindən dəhşətə gəlib
24
yan
2019
20:36
Bütün dünyada narkotik ticarəti, qanunsuz silah alveri, çirkli pulların yuyulması kimi transmilli cinayətləri araşdıran britaniyalı jurnalist Harrold Keyn Azərbaycanın işğal altındakı ərazilərinə də gedib.BAKU.WS Bizimyol-a istinadən jurnalistin təssüratlarını əks etdirən kitab barədə yazını təqdim edir.Orada bir neçə həftə araşdırma aparan jurnalistin “NarkoQarabağ” adlı kitabında yazdıqlarından görünür ki, Keyn Dağlıq Qarabağda gördüklərindən, eşitdiklərindən dəhşətə gəlib.Beynəlxalq hesabatlarda bəhs olunan “Dağlıq Qarabağ narkotranziti”ni araşdıran jurnalist yazır ki, özünü həm Ermənistanda, həm də Dağlıq Qarabağda turist kimi təqdim edib. Ancaq deyir ki, oralarda, hətta adi turistin belə, gözündən yayınmayacaq qədər aşkar cinayətlər törədilir. İnsan alveri, qanunsuz silah satışı, Azərbaycanın təbii sərvətlərinin vəhşicəsinə talan olunması… Harrold Keyn bu məsələlər haqda özünün internet saytında da yazıb.İndi Ermənistanın işğal etdiyi ərazilər dörd böyük narkotranzit marşrutlarından biri sayılır. Marşrutların daha biri Əfqanıstandan Orta Asiyaya keçir. Narkotik vasitələr oradan Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan da Gürcüstan yoluyla Avropaya istiqamətlənir. “Cənub marşrutu” adlandırılan üç və dördüncü marşrutlarla daşınan narkotik Əfqanıstandan İrana, oradan Dağlıq Qarabağ vasitəsilə Ermənistan və Gürcüstana, ardınca da Avropa və Rusiyaya gedib çıxır.BMT-nin hesabatlarına əsasən, Dağlıq Qarabağda narkotik vasitələrin hazırlanması üçün xüsusi laboratoriyalar fəaliyyət göstərir.Yadınızdadırsa, Avropa Məhkəməsi 2015-ci ildə qəbul etdiyi qərarda hazırda Dağlıq Qarabağda oyuncaq bir rejimin hökm sürdüyünü vurğulayaraq, işğal olunmuş Azərbaycan ərazilərinə Ermənistanın nəzarət etdiyini təsdiqləmişdi. Başqa sözlə, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bu gün narkotiklərin qanunsuz dövriyyəsi və istehsalı üçün regional mərkəzə çevrilib.Dağlıq Qarabağda həyata keçirilən bu işlər həm də Ermənistana böyük gəlir gətirir. Bu gün narkotik istehsalına yatırılan 1 dollar sabah 12 min gəlir gətirir. Narkotikdən əldə olunan böyük pullar Ermənistanın bir sıra strukturlarının, həmçinin Xankəndidəki xuntanın, silahlı qruplaşmaların maddi baxımdan saxlanmasına, silah-sursat alışına xərclənir.Dağlıq Qarabağ ərazisindən keçən narkotik marşrutu sözsüz ki, işğal olunmuş ərazilərlə bağlı problemin həllinə də mane olur. Eyni zamanda, bütün region üçün təhlükə yaradır.Qərb nəhayət, anlamalıdır ki, Qarabağ işğal altındadır, Azərbaycanın torpaqlarının bu hissəsinə nəzarət etmək imkanı yoxdur. Ermənistan da bu ərazilərdə günü-gündən “çiçəklənən” narkotik ticarətinin köməyilə silahlanmaqda davam edir.Bütün bu faktlar ABŞ Dövlət Departamentinin narkotik vasitələrə beynəlxalq nəzarət strategiyasıyla bağlı hesabatlarında da öz əksini tapıb. Bu hesabatlarda Azərbaycanın işğal altında olan ərazilərindən narkotiklərin kütləvi daşınması üçün istifadə olunması vurğulanmaqla yanaşı, həm də Ermənistan narkotiklərin beynəlxalq dövriyyəsində potensial subyekt kimi təqdim olunur.İşğal altındakı ərazilərdə narkotik maddələrin yetişdirilməsi faktı başqa Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ üzrə hesabatında da yer alıb.Bundan başqa, Dağlıq Qarabağda separatçıların qanunsuz iqtisadi fəaliyyəti onları “çirkli pulların yuyulması” sahəsində də məşhurlaşdırıb. Bu fəaliyyətlərinə görə transmilli cinayətkar qrupların maraq dairəsinə daxil olublar.Azərbaycanın işğal altındakı ərazilərindən həm də nüvə və radioaktiv tullantıların saxlanması məqsəilə istifadə olunduğu ehtimal edilir.“Biz orada yerli ermənilərin kədərli hekayələrini dinləyəndə maraqlı qanunauyğunluğu üzə çıxardıq. Bizə danışdıqları qeyri-adi deyildi. Qəribə olan isə belə çox adamı bir-birinə bağlayan həmin birləşdirici elementlər idi.Dağlıq Qarabağın dərdi və faciəsi təkcə narkotrafik deyil. Biz orada çoxlu sayda bədənini satan yeniyetmələrlə qarşılaşdıq. Onlar öz evlərindən xeyli uzaqda, başqa şəhərlərdə bu işlə məşğul olurdu. Onları alıb-satırdılar, narkomana çevirirdilər, diri-diri məhv edirdilər.18 ay ərzində biz insan alveri, çirkli pulların yuyulması, qanunsuz silah alveri, qızıl qaçaqmalçılığı, korrupsiya ilə bağlı xeyli məsələləri araşdırmışıq. Bu cinayətləri araşdırmaqdan ötrü mən Madrid, Moskva, Paris, Vaşinqton, Bakı, İstanbul kimi şəhərlərlə yanaşı, Yerevana, Dağlıq Qarabağa da gedib çıxdım. Orada özümü turist kimi qələmə verərək, Dağlıq Qarabağda bir neçə həftə qaldım. Məqsədim o idi ki, ayrı-ayrı rayonlardakı gerçək vəziyyəti öyrənim. Bir sıra hallarda kitabda bəhs olunan hadisələri danışmış adamları təhlükə altına atmamaqdan ötrü onların adlarını öz xahişlərilə dəyişmişəm”, – H.Keyn belə deyir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın “qara siyahı”sı - Jurnalistlər, müğənnilər, heykəltəraşlar, fotoqraflar - 710 NƏFƏR
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan İngiltərənin “Arsenal” futbol klubunda çıxış edən erməni futbolçu Henrix Mxitaryanın Bakı...