ABŞ-dan vətəndaşlarına Azərbaycana səfərlə bağlı XƏBƏRDARLIQ
11
yan
2018
12:53
ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb.APA-nın məlumatına görə, bu barədə Dövlət Departamentinin amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində bildirilir.Tövsiyədə bildirilir ki, Dağlıq Qarabağda itkilər davam edir: “Mütəmadi atışmalar, artilleriya sistemlərindən, o cümlədən mina və minaatanlardan istifadə hər il itkilərlə nəticələnir. Təmas xətti və beynəlxalq səviyyədə tanınmış Azərbaycan-Ermənistan sərhədlərinə yaxın yollardan keçməyə çəkinin. ABŞ təhlükəsizlik xidməti Dağlıq Qarabağda ABŞ vətəndaşları üçün təhlükəsizliyi təmin etməyə qadir deyil. Belə ki, ABŞ hökuməti əməkdaşlarının oraya səfəri məhdudlaşdırılıb”.Ümumilikdə səfər etmək üçün təhlükə baxımından ölkələr 4 qrupa bölünüb.Azərbaycan 2-ci qrupa - səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli olan ölkələr sırasına daxil edilib. Qeyd edək ki, Dövlət Departamentinin tövsiyəsində Dağlıq Qarabağ ayrıca ölkə kimi qeyd olunmayıb. Dağlıq Qarabağa səfər etməmək barədə tövsiyə həm Azərbaycan, həm də Ermənistanla bağlı bölmədə yer alır.BAKU.WS
Oxşar xəbərlər
Qarabağa səfər edən Türkiyə vətəndaşlarından ŞOK AÇIQLAMA - FOTO
Son günlər Türkiyə Respublikası vətəndaşlarının işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsi və bundan peşmanlıq hiss etmələri barədə məlumatl...