Ermənistanın baş naziri Qarabağa gəldi

Ermənistanın baş naziri Qarabağa gəldi
Siyasət 1863

 

Ermənistanın baş naziri Ovik Abramyan bu gün qondarma Dağlıq Qarabağ Respublikasına (DQR) gəlib.

ANS PRESS-in məlumatına görə, bu barədə "İnterfaks”a Ermənistan hökumətindəki mənbələrdən bildiriblər. Mənbənin sözlərinə görə, səfər 9 may "Qələbə günü”  ilə yanaşı həm də "DQR”  ordusunun yaradılması və formalaşdırılması məqsədi daşıyır.

"Baş nazir ilə birlikdə Qarabağa bir sıra nazirlər də gediblər", - mənbə bildirib.

Son vaxtlar ermənistan rəhbərliyinin və siyasi xadimlərinin Dağlıq Qarabağa səfərləri artıb. Sonuncu belə hadisə may ayının 2-də baş tutub. Ermənistanın ilk prezidenti, erməni milli konqresinin lideri Levon Ter-Petrosyan işğal altında olan Dağlıq Qarabağa gedib.O, qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyanla görüşüb.

Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib. Aprelin 18-i baş tutan səfər zamanı Sarkisyan gecə saatlarında qondarma rejimin "rəhbərliyi" ilə müşavirə keçirib. 

Müşavirədə separatçı rejimin rəhbəri Bako Saakyan, eləcə də hərbçilər iştirak ediblər. Bu zaman təmas xəttindəki hərbi vəziyyət də müzakirə edilib.

BAKU.WS

Oxşar xəbərlər

Ter-Petrosyan Dağlıq Qarabağa niyə gəlib?

Ter-Petrosyan Dağlıq Qarabağa niyə gəlib?

"Levon Ter-Petrosyan hazırki prezident Serj Sərkisyanla müvəqqəti ittifaqdadır. Bu ittifaq hər ikisi üçün taktiki xarakter daşıyır”. BAKU.WS xəbər verir ki,...

1731 Siyasət 17:48 02 may 2016

Son xəbərlər