Ter-Petrosyan Dağlıq Qarabağa niyə gəlib?
"Levon Ter-Petrosyan hazırki prezident Serj Sərkisyanla müvəqqəti ittifaqdadır. Bu ittifaq hər ikisi üçün taktiki xarakter daşıyır”.
BAKU.WS xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Ter Petrosyanın Dağlıq Qarabağ səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Onun fikrincə, keçmiş dövlət başçısı Robert Köçəryan Ter-Petrosyan üçün daha qorxulu fiqurdur.
"Levon Ter-Petrosyan Köçəryana qarşı Sərkisyanla mövqelərini yaxınlaşdırıb, ancaq bir müddət sonra bu ittifaq da dağılacaq. Hələliksə Levon Ter-Petrosyan Xankəndinə gəlməklə Sərkisyanın mövqelərini gücləndirməyə çalışır. Ancaq eks-prezident onu da yaxşı bilir ki, Sərkisyanın siyasi karyerasının sonu yaxınlaşır və onu xilas etmək praktik baxımdan mümkün deyil. Levon Ter-Petrosyan Sərkisyanın dəstəyi hesabına öz reytinqinı qaldırmaq istəyir. Dağlıq Qarabağa səfər də bu reytinq siyasətinin tərkib hissəsidir”.
Politoloq əlavə edib ki, Serj Sərkisyan da Ter-Petrosyandan öz məqsədləri üçün istifadə etmək istəyir. Sərkisyan Dağlıq Qarabağ məsələsində Levon Ter-Petrosyandan dəstək gözləyir. Sərkisyanın Dağlıq Qarabağla bağlı planı yoxdur, Azərbaycanın mülki əhalisini hədəf almaq planı da işə yaramadı. Ona görə də Sərkisyan Qarabağ məsələsində Ter-Petrosyandan konsensus gözləyir. Çünki, Sərkisyan Dağlıq Qarabağla bağlı təkbaşına qərar vermək istəmir. Bu onun üçün böyük yükdür.
"Ancaq, məncə Ter-Petrosyanın da hələ ki, Qarabağla bağlı yeni fikri yoxdur. İnanmıram ki, Levon Ter-Petrosyan yaxın günlərdə "Ermənistan problemi həll etmək üçün Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır” fikrini dilə gətirsin. Bunu Levon Ter-Petrosyana, eləcə də indiki prezident Serj Sərkisyana Azərbaycan ordusu döyüş meydanında növbəti uğurları ilə dedizdirtməlidir”, - politoloq əlavə edib.
BAKU.WS
Oxşar xəbərlər
Ter-Petrosyan Azərbaycana gəldi
Ermənistanəın ilk prezidenti Levon Ter-Petrosyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edb. BAKU.WS erməni KİV-lərinə istinadən xəbər verir ki, Petros...