Qarabağda müharibə ANONSU: Aprel döyüşləri təkrarlanacaq

Qarabağda müharibə ANONSU: Aprel döyüşləri təkrarlanacaq
Siyasət 3803

«Cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalır. Böyük toqquşmalar olmasa da, atəşkəs pozulur, snayperlərin atəş səsləri azalmır. Ümumiyyətlə 2-6 aprel tarixlərində baş verən döyüşlərdən sonra atəşkəsə riayət olunacağını vurğulamaq problematikdir. Əgər yaxın iki ay ərzində danışıqlar başlamasa və bu danışıqlarda real nəticə olmasa yay aylarında müharibənin yenidən başlaması ehtimalı yüksəkdir».

BAKU.WS xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib. Politoloq deyib ki, buna misal olaraq 4 hadisəni göstərmək olar:

Birinci - Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov ötən həftə ərzində bir neçə sensasiyalı açıqlama verdi. Sergey Markov birinci açıqlamasında dedi ki, Ermənistan yaxın müddətdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaldacaq. Markovun ikinci açıqlaması isə bundan ibarət idi ki, ilin sonuna qədər azərbaycanlı qaçqınlar həmin 5 rayona geri qayıdacaqlar.

Sergey Markov Kremlə yaxın siyasi ekspertlərdən sayılır. Ona görə də Azərbaycanın siyasi və ekspert dairələrində onun Qarabağla bağlı fikirləri pozitiv qarşılandı. Markovun Kremlin istəklərini söylədiyini vurğulamaq çətindir. Məsələ burasındadır ki, Markovdan başqa Rusiyada heç bir rəsmi, diplomat və ya siyasi ekspert torpaqların boşaldılmasıyla bağlı bu qədər optimist deyil. Ancaq əgər Markov torpaqların boşaldılacağını deyirsə, onun bu açıqlamasının arxasında Rusiyada hansısa güclər dayana bilər. Həmin güclər Markov vasitəsilə həm Azərbaycan, həm də Ermənistan hakimiyyətlərinə və cəmiyyətlərinə mesaj göndərirlər. Mesajın mənası budur ki, Rusiya Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını sürətləndirə bilər. Ancaq bunun əvəzində Kremlin Azərbaycandan nə istəcəyək – sualına Markov hələ ki, cavab vermir. Görünür, yaxın müddətdə Kreml Markov vasitəsilə bu istəyini də səsləndirəcək.

Ikinci - Azərbaycanın siyasətçiləri və siyasi ekspertləri Laçın dəhlizinin beynəlxalq sülhməramlı qüvvələrin nəzarətinə verilməsinin əvəzində Azərbaycanla onun bir hissəsi olan Naxçıvanı birləşdirən Mehri dəhlizinin də açılması vacibliyini müzakirə edirlər. Ermənistan Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağla daimi əlaqənin olmasını tələb edir. Bu sülh danışıqlarının da əsas mövzularından biridir. Eyni zamanda rəsmi Bakının da sülh danışıqlarında Laçın dəhlizinin əvəzində Mehri dəhlizinin açılması tələbini irəli sürməsi hüququ var.

Üçüncü - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 19 aprel sessiyasında Dağlıq Qarabağla bağlı vəziyyət müzakirə olundu. Müzakirələr azərbaycanlı və erməni deputatların qarşılıqlı ittihamları ilə yadda qaldı. Bu müzakirələrin ciddi bir nəticəsi olmadı. Çünki, yekunda AŞPA rəhbərliyi yenə də vurğuladı ki, münaqişənin həlli ilə ATƏT məşğul olur. Buna baxmayaraq, AŞPA həm Azərbaycana, həm də Ermənistana müraciət edərək, hər iki tərəfi atəşkəsə riayət etməyə çağırdı. Bu çağırışın Azərbaycan üçün əhəmiyyəti yoxdur. Çünki, AŞPA Dağlıq Qarabağla bağlı qəbul etdiyi 2 qətnaməni Ermənistanın yerinə yetirilməsinə nail ola bilmir. AŞPA Azərbaycan üçün sadəcə, mövqeyini çatdırmaq üçün bir siyasi meydandır.

Türkiyənin baş naziri Əhməd Davudoğlu AŞPA-dakı çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən də danışdı. Türkiyənin baş naziri ərazi bütövlüyünün təmin olunması məsələsində Ankaranın Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcəyini dedi. Əhməd Davudoğlu çıxışında bir cümlə ilə Naxçıvanı da xatırlatdı. O, Ermənistan ordusunun Naxçıvana atəş aşmasını təhlükəli adlandırdı. Davudoğlunu Naxçıvanı xatırlatmaqla həm Ermənistana, həm də beynəlxalq aləmə mesaj göndərdi. Mesajın mənası odur ki, Ermənistan Naxçıvana atəş alltında tutmağa davam edərsə Türkiyə 1921-ci il Qars müqaviləsidən çıxış edərək prosesə qarışmalı – Naxçıvanın müdafiəsi üçün ciddi tədbirlər görməli olacaq. Bəlkə də bunun nəticəsidir ki, Ermənistan ordusu son günlərə artıq Naxçıvan ərazisinə atəş açmır.

Dördüncü - Ermənistan prezidenti Serj Sərkisyan aprelin 19-da Dağlıq Qarabağın paytaxtı Xankəndinə gəldi. Ermənistan prezidentinin Xankəndinə gəlməsində iki məqsədi var idi. Onun birinci məqsədi Dağlıq Qarabağ əhalisinə dəstək vermək idi. Yəni Sərkisyan Xankəndində olmaqla sanki Dağlıq Qarabağın erməni əhalisinə demək istəyirdi ki, qorxmayın arxanızda Ermənistan və onun ordusu dayanıb. Əslində bu o deməkdir ki, Sərkisyan da anlayır ki, 2-6 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisi qorxu içindədir. Qorxu üçün ciddi əsas var. Azərbaycan ordusunun sürətli yürüşü kifayət edəcək ki, Xankəndi azərbaycanlı hərbçilərin gözlə görünən məsafəsində olsun.

Sərkisyanın Xankəndinə səfərində ikinci məqsədi Azərbaycanı təxribata çəkmək idi. Yəni Sərkisyan ona ümid edirdi ki, o Xankləndində olduğu müddətdə cəbhədə vəziyyət gərginləşəcək və o bunula beynəlxalq aləmə deyəcəkdi ki, Azərbaycan ordusu onun Dağlıq Qarabağa səfərini pozmaq üçün atəşkəsi pozub. Ancaq Azərbaycan ordusu Sərkisyanın Xankəndində olduğu müddətdə atəşkəsi pozmadı və bununla Sərkisyan ikinci məqsədinə də nail olmadı.

Serj Sərkisyan Xankəndində separatçıların rəhbərliyi ilə qapalı müşavirə keçirib helikopterlə Ermənistana qayıtdı. Onun Xankəndinə gəlişi nə bölgənin erməni əhalisini, nə də separatçıları ruhlandıracaq, 

generallarla bir-iki görüş keçirib, xəritələrin qarşısında poz verməklə Sərkisyan heç bir problemi həll edə bilməyəcək. Bunu Ermənistan cəmiyyəti də anlamağa başlayıb.

Ermənistanın ordu komandanlığı başqa təxribatlara əl atır. Artıq neçənci dəfədir ki, İrəvandan belə bir açıqlama verilir ki, Ermənistan ordusu Mingəçevir su elektrik stansiyasına raket zərbəsi endirə bilər. Mingəçevir su elektrik stansiyası Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Stansiyaya raket zərbəsinin vurulması həm bölgədə ekoloji fəlakət yaradacaq, həm də Azərbaycanın böyük hissəsini elektriksiz qoyacaq. Əgər Ermənistanın ordu komandanlığı Mingəçevirə raket zərbəsi endirərərsə, bu halda nə baş verəcək?

Birincisi, Azərbaycan ordusu da eyni ilə Ermənistandakı stansiyaları uzaq mənzilli raketlərlə vuracaq. Hətta Ermənistanın "Metsamor” atom elektrik stansiyası da hədəf götürülə bilər.

İkincisi, Mingəçevir su elektrik stansiyasına raket zərbəsindın sonra Azərbaycan ordusu Dağlıq Qarabağ iqtiqamətində hücuma başlayacaq və bu müharibəni dayandırmaq mümkün olmayacaq.

Üçüncüsü, Azərbaycan müharibəni Ermənistan ərazisinə keçirəcək və bu halda Azərbaycan üçün Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyü əhəmiyyət kəsb etməyəcək.

BAKU.WS

Oxşar xəbərlər

Putinin müşaviri İrəvandakı Qarabağ danışıqlarının detallarını açıqladı

Putinin müşaviri İrəvandakı Qarabağ danışıqlarının detallarını açıqladı

"Ermənilər 5 rayonu qaytarmağa hazırdır, ancaq...”; Moskva Sərkisyandan həm güzəşt gözləyir, həm də onun hakimiyyəti üçün əndişəlidir... Qarabağ konflikti ətra...

2759 Siyasət 12:37 26 aprel 2016

Son xəbərlər