Mütəllibova 4800, Qorbaçova 3000, Mübarəkə 339 dollar...

Mütəllibova 4800, Qorbaçova 3000, Mübarəkə 339 dollar...
Siyasət 2920

 

Azərbaycanda eks-prezidentin aylıq pensiyası Misirin eks-prezidentinin pensiyasından 12 dəfə, Ermənistanın eks-prezidentindən isə 2.5 dəfə çoxdur.

Virtualaz.org-un məlumatına görə, bu günlərdə Ukraynanın eks-prezidenti Leonid Kravçuk pensiyasının cüzi olmasından şikayətlənib. "Mən çox az pensiya alıram, ayda cəmi 14 min qriven (520 dollar). Ukrayna bundan utanmalıdır. Ölkədə milyon prezident yoxdur ki, hamısına pensiya verib çatdırmayalar. Dörd prezidentdir, dörd adamdır. Mən bu haqda Kuçmaya da demişəm, Yuşşenkoya da, Yanukoviçə də. Poroşenkoya da demişəm. Şuşkeviç Belarusda pensiyasız yaşayır? Eybi yox, mən də yaşayaram”-Kravçuk gileylənib.

Məlum olub ki, keçmiş prezidentlərdən Kuçma və Yuşşenko da təxminən o qədər pensiya alır. Yanukoviç isə özünə bir az çox-630 dollar pensiya hesablayıb. Hərçənd ki, heç onu da ala bilmir, bank hesablarına həbs qoyulub.

Fransanın eks-prezidenti Nikola Sarkozinin aylıq 6 min avro pensiyası ilə müqayisədə Ukrayna eks-prezidentlərinin pensiyası doğrudan da cüzidir. Ancaq Sarkozi mühazirələr oxumaqla yaxşı qazanır. Məsələn, "Morgan Stanley” bankının təşkil etdiyi konfransdakı mühazirəsinə görə 250 min avro alıb.

Estoniyanın keçmiş prezidenti Arnold Ryutel isə ayda 3700 avro ilə birtəhər başını dolandırır. Ancaq Ryutel buna da şükür etməlidir. Latviyanın keçmiş prezidentləri ondan az qala iki dəfə az-1800 avro pensiya alırlar. Polşa eks-prezidenti Aleksandr Kvasnevski isə aylıq 1400 avro pensiyaya ümid edə bilər.

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun pensiyasını isə bu dövlətin hüquqi varisi Rusiya ödəyir. Ona Rusiya büdcəsindən ayda 3 min dollardan bir az çox verirlər. Keçmiş prezident Boris Yelstinin arvadı Naina da ərinin təxminən bu məbləğdə pensiyasını alır.

Gürcüstanda isə vəziyyət acınacaqlı görünə bilər. Çünki mərhum eks-prezident Eduard Şevardnadze ayda cəmi 410 dollar pensiya alırdı. Ancaq Azərbaycanın hazırda sağ olan tək eks-prezidenti Ayaz Mütəllibova vaxtilə onun tabe olduğu Qorbaçovun özü də həsəd apara bilər, çünki Mütəllibovun aylıq pensiyası 4800 dollardır. Hələ manat devalvasiyaya uğramasaydı Mütəllibov Sarkozidən də çox alardı. Çünki ona pensiya təyin ediləndə 7500 manat təxminən 9 min dollar edirdi.

Ermənistanın eks-prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryan isə ayda 1900 dollar pensiya alırlar. Qazaxıstanda Nursultan Nazarbayev pensiyaya çıxsa ayda 700 dollar ala bilərdi. Belarusun prezidenti Lukaşenko isə 1000 dollar pensiyaya ümid edə bilər. Özbəkistanda da eks-prezidentin pensiyası təxminən bu qədərdir. Hərçənd ki, hələ bu pensiyanı alan yoxdur. Ölkənin tək prezidenti İslam Kərimovun pensiyaya çıxmaq niyyətini eşidən olmayıb.

ABŞ-da isə eks-prezidentlər heç nədən korluq çəkmirlər. Dövlət onların təminatına ildə 1 milyon dollar ayırır, daha 200 min dollar isə illik pensiya verir. Maraqlıdır ki, Afrikanın yoxsul ölkəsi Mozambikin eks-prezidenti Joakim Çissanonun da pensiyası təxminən bu qədərdir. Lakin ədalət naminə qeyd etmək lazımdır ki, ona pensiyanı Mozambik zəhmətkeşləri yox, Sudan əsilli britaniyalı biznesmen Mo İbrahim verir.

Zambiyanın eks-prezidenti isə ayda cəmi 208 dollar pensiya ilə dolanmalıdır. Misirin devrilmiş və hazırda xəstəxanada olan keçmiş prezidenti Hüsnü Mübarək ondan bir az çox-339 dollar alır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda pensiya alanların sayı açıqlandı

Azərbaycanda pensiya alanların sayı açıqlandı

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı açıqlanıb. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS-ə verilən məlumata görə,...

3516 İqtisadiyyat 10:35 08 yanvar 2016

Son xəbərlər