Azərbaycanda pensiyalar artırılacaq
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev manatın devalvasiyasından sonra pensiyaların artırılıb-artırılmayacağına aydınlıq gətirib.
"Report"un xəbərinə görə, DSMF sədri bildirib ki, mövcud qanunvericilikdə hər il pensiyaların inflyasiya faizləri nəzərə alınmaqla indeksləşdirilməsi proseduru müəyyənləşdirilib: "Bu da illərdir davam edən məsələdir. Bu il ölkə prezidenti tərəfindən verilən sərəncama uyğun olaraq, pensiyaların sığorta hissəsi və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi aparılıb. Təbii ki, növbəti ildə də 2015-ci il üzrə istehlak qiymətləri indeksi elan olunduqdan sonra həmin indeks səviyyəsinə uyğun olaraq, əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi prosesi reallaşdırılacaq".
Fond sədri əlavə edib ki, bu, qanunvericiliyin normasıdır: "2006-cı ildən hazıradək Prezident bu məsələ ilə bağlı 9 belə sərəncam imzalayıb. Yəni, heç nə yeni deyil. Hər şey öz axarı ilə gedir. Təbii ki, bu işlərin reallaşdırılması üçün kifayət qədər vəsait var. Ümumilikdə götürdükdə bu sahədə heç bir problem yoxdur".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda pensiya ilə bağlı vacib toplantı
Sığorta-pensiya sistemində yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinə dair konfrans keçirilib. BAKU.WS-in DSMF-yə istinadla verd...