Ukraynada azərbaycanlıların yaşadığı binalar atəşə tutuldu: "Xeyli yaralı var idi"

Ukraynada azərbaycanlıların yaşadığı binalar atəşə tutuldu: Xeyli yaralı var idi
Video
Dünya 72

Rusiya ordusu gecədən səhərə qədər Ukraynaya 400 dron və 28 raketlə hücum edib. Əsas zərbələr bu dəfə paytaxt Kiyevdə Dnepr çayının sol sahilinə endirilib.

Hadisə ilə bağlı Kiyev sakinləri Baku TV-yə danışıblar. "Çox qorxulu idi. Səhər oyananda evdən çıxmağa macal tapmamış elə güclü zərbə oldu ki, qapı ilə birlikdə bayıra uçdum. Yaxşı ki, sağ qaldıq. Qarşıdakı digər qapıdan mənə tərəf uçan insanı gördüm. Xeyli yaralı var idi. Biz üçüncü mərtəbədən qonşumuzu xilas etdik", - onlardan biri söyləyib.

Digər bir sakin isə belə deyib: "Hamımız hələ də şokdayıq. Yaxşı ki, hər kəs sağdır. Tanıdığımız qonşulardan yaralılar var idi, təcili tibbi yardım dərhal onları apardı. Bizə də yardım göstərildi".

Qeyd edək ki, gün ərzində Kiyev də daxil olmaqla Ukraynanın bütün şimal vilayətlərində hava həyəcanı siqnalları davam edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər